Avropa İttifaqı Taiex aləti çərçivəsində “Müəssisələrin ərzaq təhlükəsizliyinə (xüsusilə ət, süd və un məmulatları sahəsində) dövlət nəzarəti təcrübələri barədə məlumatlılığının artırılması” mövzusunda təlim keçirir. Bu barədə Standartlaşdırma, Metrologiya ve Patent uzrə Dövlət Komitəsinin rəsmi saytında məlumat verilir.
4 aprel tarixinədək davam edəcək təlimdə Azərbaycanın müvafiq dövlət orqanları və özəl sektordan olan mütəxəssislər iştirak edəcək. Təlim Böyük Britaniyanın Ərzaq Standartları Agentliyinin Baytarlıq şöbəsinin müdiri Francisco Javier Dominguez Orive tərəfindən keçirilir.
Təlim zamanı ərzaq təhlükəsizliyinin idarə olunması üzrə İSO 22000 beynəlxalq standartı və onun tətbiqi, ət, süd və un məmulatları sahəsində Avropa qanunvericiliyi, müəssisələrdə risk səviyyəsinin qiymətləndirilməsi mövzuları müzakirə olunacaq.