İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo aprelin 23-24-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İspaniyanın Ankaradakı səfirliyindən məlumat verilib.
Ötən həftə Madriddə keçirilən Yeni Iqtisadiyyat Forumunda çıxış edən İspaniya XİN başçısı məlumat verib ki, apreldə onun Cənubi Qafqaz ölkələri və Özbəkistana turnesi gözlənilir. J.M.Qarsiya-Marqallonun sözlərinə görə, turnenin məqsədi İspaniya ilə Cənubi Qafqaz ölkələri və Özbəkistan arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.