Türkmənistanın xarici işlər naziri Rəşid Meredov çərşənbə günü Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Türkmənistanın diplomatik mənbələrindən məlumat verilib.
Səfər zamanı R.Meredov Azərbaycanın ali siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.