SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin I rübündə Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 807,183 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Şirkətin məlumatına görə, bu, 2013-cü ilin analoji dövrünün göstəricisindən 1% çoxdur.
2014-cü ilin mart ayında Supsa limanından 242,053 min ton Azərbaycan nefti yola salınıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.