SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodu üç qurğuda təmir işlərinə başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Təmir işləri paralel olaraq katalitik riforminq qurğusunda, katalitik krekinqin 100-cü bölməsində və tədrici koks qurğusunun birinci axınında həyata keçirilir.
Bundan başqa, yaxın günlərdə zavodun əsas qurğularından sayılan neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu əsaslı təmirə dayandırılacaq.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.