Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel iki ölkə arasında hərbi-texniki əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edirlər. Bu barədə AzTV dövlət telekanalı məlumat verir.
Dövlət başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ölkəmizə səfərinin hərbi sahədə əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə edib.
Bundan başqa, tərəflər hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.