Aprelin 3-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə zəng daxil olub. Bu barədə FHN-in mətbuat xidmətindən cümə axşamı məlumat verilib.
Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyi təmin edilib. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.