Cümə axşamı səhər Bakının Qaradağ rayonunda Tiflisdən Bişkəkə hərəkət edən dəmiryol qatarının dörd vaqonu yanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Qeyd olunan vaqonlarda məişət soyuducuları olub.
Yanğın zamanı xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Hadisə yerində yanğınsöndürmə və təcili tibbi yardım briqadaları çalışır.