2014-cü ilin I rübündə Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta seksiyasında xarici valyutalarla elektron hərracların həcmi 66,89 mln. manat təşkil edib. Bu barədə birjanın analitik-informasiya şöbəsinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-mart aylarında BBVB-nin valyuta seksiyasında hərracların həcmi 102,083 mln. manat təşkil edib. Beləliklə, 2014-cü ilin I rübündə hərracların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 34,5% azalıb.
Birjanın məlumatına görə, 2014-cü ilin mart аyında Birja Elektron Ticarət Sistemində (BEST) 6 bаnkın iştirаkı ilə 30 ticarət sessiyası keçirilib. 12 əqd qeydə alınıb. Martda valyuta seksiyasında hərracların ümumi həcmi 24,41 mln. manat ($31,122 mln.) təşkil edib.
Hər əqdin orta həcmi $2,594 mln., orta gündəlik dövriyyə $2,075 mln. təşkil edib.
2014-cü ilin mart ayında mаnаtın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi 0,7843 АZN təşkil edib, fevral ayının yekunları üzrə bu göstərici 0,7844 manat olub.
Mart ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,21%, ABŞ dolları üzrə isə 10,52% təşkil edib. BakİBİD tarifi 90 gün müddətində manatla illik 5,18%, ABŞ dolları ilə 5,04% olub.