Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri böyük siyasi əhəmiyyət kəsb edir. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye belə hesab edir.
“Səfərin məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verməkdir. Bu münaqişənin həlli hər iki tərəf üçün böyük imkanlar açacaq”, - deyə P.Mönye cümə günü jurnalistlərə bildirib.
“Səfərin ikinci məqsədi hər kəsin öz gələcəyini müəyyən edə biləcəyi bu regionun suveren olduğunu göstərməkdir. Biz region ölkələri arasında sülh və dostluğun tərəfdarıyıq”, - deyə fransalı diplomat əlavə edib.
F.Olland 11-12 may tarixlərində Azərbaycana səfər etməyi planlaşdırır.