Cümə günü Bakının “Gallery 1969” sərgi salonunda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının əsərlərindən ibarət “Fərqli baharlar” sərgisi açılacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgidə impressionizm üslubunda 60-a yaxın əsər nümayiş olunacaq.
Açılış mərasimində tanınmış ictimai xadimlər, rəssamlar, dövlət məmurları, səfirlər və diplomatik korpus nümayəndələri iştirak edəcəklər.
Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir və aprelin 9-dək davam edəcək.