Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar Elxan Süleymanov, Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər. Bu barədə
7-11 aprel tarixlərində keçiriləcək sessiyanın gündəliyinə Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılması, Ukraynadakı son hadisələrin demokratiyaya təsiri, Avropada milli azlıqların vəziyyəti, işsizlik problemi, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə çıxış hüququ, Qırğızıstan Respublikasının demokratiya üzrə tərəfdaşlıq üçün AŞPA-ya müraciətinə baxılması və digər məsələlər daxildir.
Tədbirdə deputatlar S.Fətəliyeva və R.Hüseynovun məruzələrlə çıxışları gözlənilir.