2014-cü il martın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 20 mlrd. 818,5 mln. manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilmiş məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2014-cü il yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-fevral aylarında Azərbaycanda banklar aktivlərini 2,1% artırıb.
AMB-nin məlumatına görə, 2014-cü il martın 1-nə bankların kredit qoyuluşları 15 mlrd. 153,7 mln. manat (2014-cü ilin yanvar-fevral ayları ərzində artım 1,1% - İF-Az), məcmu kapitalı 3 mlrd. 575,6 mln. manat (artım 4,4% - İF-Az) təşkil edir.
2014-cü ilin mart ayının əvvəlinə olan vəziyyətə görə, banklar tərəfindən əhalidən 6 mlrd. 591,7 mln. manat məbləğində əmanət (artım 3% - İF-Az) cəlb olunub.