Azərbaycanın qərb regionunda baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Poylu kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil körpüdən dərəyə aşıb. Nəticədə iki sərnişin hadisə yerində həlak olub, sürücü və daha bir sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına çatıdırılıb.
Faktla bağlı araşdırma aparılır.