Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 83 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (31 mart-6 aprel) baş vermiş bədbəxt hadisələr nəticəsində 8 nəfər həlak olub, 28 nəfər yaralanıb və zəhərlənib, 3 nəfər intihar edib.
5 nəfər qətldə, 8 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 26 nəfər oğurluqda, 22 nəfər qarətdə, 2 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda, 1 nəfər saxta pul kəsməkdə, 5 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 7 fakt qeydə alınıb.