Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 27 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həftə ərzində ölkədə 48 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 79 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən iri yol qəzası Gəncə şəhərində baş verib. Burada “KamAZ” markalı yük maşını ilə “Lada” markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər həlak olub.
Bundan başqa, Ağdaş rayonunda “VAZ-2107” markalı avtomobil və “KamAZ” markalı iki yük maşını toqquşub. Nəticədə 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.