Bazar günü Dəməşq yaxınlığındakı Şərqi Quta məntəqəsində Suriya hökuməti ordusunun üsyançılara qarşı hərbi əməliyyatı nəticəsində ən azı 63 nəfər həlak olub. Bu barədə bazar ertəsi Londonda yerləşən Suriyada İnsan Hüquqları üzrə Müşahidə Şurası məlumat verib.
“Onlardan 12 nəfəri dinc sakin, o cümlədən yeniyetmələrdir”, - deyə hüquq müdafiəçiləri qeyd edirlər.
Onların məlumatına görə, üsyançıların nəzarəti altında olan Şərqi Qutada döyüşlər zamanı hərbçilər aviasiya və tanklardan istifadə edir.