Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə məlumat verilib ki, yeni inzibati binanın inşasına 2013-cü ilin martında başlanılıb. 53 iş otağının yerləşdiyi yeni binada aeroportun müxtəlif xidmətlərinin səmərəli fəaliyyəti, xüsusilə hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi və s. üçün bütün şərait yaradılıb.
Qeyd olunub ki, aerovağzal binasının yenidən qurulması və bərpasında sonra aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq.