Bazar ertəsi müdafiə sənayesi naziri Yavər Camalov və Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi Nevzat Taşdeler iştirak edib.