Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov aprelin 14-dən 17-dək Malayziyada səfərdə olacaq. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilir.
Səfərin məqsədi Kuala Lumpur şəhərində keçiriləcək XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişidir.
Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 132 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, atıcı silahları, zirehli texnikaları, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.