Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində Azərbaycan Ordusunun üç hərbçisi həlak olub, dörd hərbçi isə yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İnsident çərşənbə axşamına keçən gecə cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində baş verib.
Mina partlaması nəticəsində əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev həlak olub.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
ANS telekanalının saytında verilən məlumatda isə mina partlaması nəticəsində üç hərbçinin öldüyü, səkkiz hərbçinin ağır yaralandığı bildirilir.