Qəbələ rayonunda bir neçə kəndi birləşdirən yolun tikintisi başa çatmaq üzrədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosundan məlumat verilib.
Hazırda Qaraçay üzərində körpü artıq inşa edilib. 8 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsinin birləşdirilməsi üzrə layihə Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılan vəsait hesabına həyata keçirilir.
14,80 km uzunluğunda olan yol aprel-may aylarında istifadəyə veriləcək. Tikilən yolun üzərində 54 m uzunluğunda və 12 m enində körpü salınıb.