SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı Azərbaycanın 6 rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Astara-Qazıməmməd” magistral qaz kəmərinin 101-ci kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə əlaqədar saat 11:00-dan 20:00-dək Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.