Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Balıyevin intihar etmə səbəbləri barədə KİV-lərdə yayılan məlumatları təkzib edib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur.
Aprelin 7-də zabitin yaşadığı evdə özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyi bildirir ki, N.Balıyev 2013-cü il iyulun 12-də nazirlikdə yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 2014-cü il yanvarın 11-də növbəti "polkovnik-leytenant" hərbi rütbəsi verilib. Eyni zamanda N.Balıyev yanvarın 22-də nazirlik tərəfindən Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib.