Təhsil Nazirliyi ölkənin ən qocaman məktəblərinin təbliğatı üzrə kampaniya keçirməyi planlaşdırır. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Azərbaycanın regionlarında 100-150 yaşı olan məktəblər fəaliyyət göstərir. Bu səbəbdən biz həmin qocaman təhsil ocaqlarının yaranması tarixi, bir zamanlar orada təhsil almış məşhur şəxsiyyətlər barədə məlumatların ictimaiyyətə çatdırılmasının faydalı olacağını hesab etdik”, - deyə C.Valehov bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi 40 bu cür məktəbin təqdimatı üzrə layihə hazırlayır.