May ayında Bakıda Rusiya mütəxəssislərinin iştirakı ilə infeksion xəstəliklər və səhiyyə menecmenti (səhiyyənin idarəolunması) üzrə kurslar təşkil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu kurslar Azərbaycan Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış saziş çərçivəsində keçiriləcək.
Kursların akademiyanın professura və dosent heyəti tərəfindən təşkil olunacağı gözlənilir.
Kurslarda Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərində çalışan və rus dilini yaxşı bilən mütəxəssislər iştirak edə bilərlər.
Ərizələr 30 aprel tarixinədək qəbul olunur.