Azərbaycan şirkətləri İraqda avtomobil yollarının bərpası üzrə tenderlərdə iştiraka dəvət olunub. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
İraq Respublikası Şəhərsalma və Tikinti Nazirliyi tərəfindən Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər elan olunub.
Tenderlərdə iştirak etmək istəyən Azərbaycan şirkətləri İraqın ölkəmizdəki səfirliyinə müraciət edə bilərlər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.