Çərşənbə axşamı Sumqayıtda ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə yerli mətbuat xəbər verir.
Yerli vaxtla saat 17:00 radələrindən Sumqayıt Texnologiyalar Parkı ərazisində «Daewoo» markalı sərnişin avtobusu və «Shackman» markalı yük avtomobili toqquşub.
Polis qəza nəticəsində yaralıların da olması barədə məlumat verib.
Ölən və yaralananların sayı dəqiqləşdirilir.