Aprelin 10-da NATO baş katibinin köməkçisi Sorin Dukaru Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rumıniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
S.Dukaru aprelin 11-də Bakıda keçiriləcək NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında Azərbaycanın 20 illik iştirakı mövzusunda ikigünlük konfransda spiker qismində çıxış edəcək.
Tədbir NATO, Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan-NATO Beynəlxalq Məktəbi (NİSA) tərəfindən təşkil olunub.