Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə cümə axşamı Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına yola düşür. Bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.
Səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etməkdir.
Səfər çərçivəsində A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcək.