Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi əməkdaşları Şəkidə birgə reydlər keçiriblər. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosundan verilən məlumata görə, reydlərdə çoxlu sayda qanun pozuntuları aşkarlanıb.
Reydlər zamanı avtobus və mikroavtobuslar yoxlanılıb. Məlum olub ki, mikroavtobus sahiblərinin əksəriyyəti avtobusları sənədsiz idarə edirlər.
Bir çox taksi sürücülərinin də nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi faktları aşkarlanıb. Sənədləri olmayan sürücülər "saxla" əmrinə tabe olmayaraq uzaqlaşıblar.
Reydlər zamanı saxlanılan və sənədləri ümumiyyətlə olmayan 2 maşın cərimə meydançasına aparılıb.
Reydlər təxminən 2 saat davam edib.
Nəqliyyat Nazirlyinin əməkdaşları bildiriblər ki, reydlər mütəmadi olaraq təşkil olunacaq. Növbəti reydlər Qax və Zaqatala rayonlarında keçiriləcək. Ümumilikdə 200-ə yaxın protokol tərtib edilib və qanunu pozan sürücülər haqqında tədbirlər görülüb.