Azərbaycan Ordusunun əsgəri təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İnsident cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri Elvin Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.