Ağstafa rayon Məhkəməsinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“15 otaqdan ibarət binada 2 məhkəmə iclas zalı yenidən qurulub. İş otaqları müasir avadanlıqlarla təchiz olunub”, – deyə açılış mərasimində Ağstafa rayon Məhkəməsinin sədri İlqar Əliyev bildirib.
Onun sözlərinə görə, 2001-ci ildə Ədliyyə Nazirliyinin balansına verilən binada 2003-cü ildən rayon məhkəməsi fəaliyyət göstərir.