Azərbaycanın müdafiə naziri Zakir Həsənov 14-15 aprel tarixlərində İrana rəsmi səfər edəcək. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Səfər İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində Z.Həsənov İran rəhbərliyi ilə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.