İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
İlk belə yarmarka Şəmkir rayonunda keçirilib və 24 müəssisə tərəfindən 179 boş iş yerinin təqdim olunduğu yarmarkada 130 nəfərə boş iş yerlərinə göndəriş verilib.
Növbəti əmək yarmarkasının aprelin 17-də İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulur.
İl ərzində respublikanın bütün bölgələrində təşkil olunacaq əmək yarmarkalarında işaxtaran və işsiz vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması da təmin olunacaq.