SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
2527 nömrəli quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2521 nömrəli stasionar dəniz özülündən qazılıb.
Quyunun dərinliyi 1214 metr təşkil edib. Quyunun sutkalıq debiti 15 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.