ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soyqırımı”nı tanıması heç bir ciddi hüquqi nəticələrə səbəb olmayacaq. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun belə hesab edir.
“Bu məsələ (uydurma “soyqırım” –İF-Az) siyasi müzakirələr mövzusu ola bilməz. Tarixi bu şəkildə dəyişmək, saxtalaşdırmaq mümkün deyil. Senat komitəsinin bu qərarı heç bir məna kəsb etmir”, - deyə diplomat rəsmi Vaşinqtonun uydurma “erməni soyqırımı”nı tanıması ehtimalını “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.