Aprelin 14-dən 16-dək Bakıda Hərbi Dəniz Qüvvələri üzrə seminar keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, seminar Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən keçiriləcək.
Bundan başqa, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri aprelin 13-dən 17-dək Bolqarıstanın Sofiya şəhərinə Silahların ixracına nəzarət üzrə tanışlıq səfəri edəcək.
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 13-dən 25-dək İzmir şəhərində uçuş təhlükəsizliyi kursu keçiriləcək.
Müdafiə Nazirliyinin nümayəndələri aprelin 14-dən 16-dək Azərbaycan-Fransa müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planına əsasən Saumur şəhərində Fransanın Baş Qərargah Akademiyasında olacaqlar.