Konqresmen Don Yanq ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulub. Bu barədə cümə günü Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 65-ə çatıb.
Respublikaçı D.Yanq Konqresdə Alyaska ştatını təmsil edir.
2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.