NATO Azərbaycanla geniş coğrafi və konseptual çərçivələrdə fəal danışıqlar aparır. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.
“Avroatlantik təhlükəsizliyə təsir edə bilən bütün məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilir", - deyə nazir müavini bildirb. O söyləyib ki, NATO Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır”. Ancaq müxtəlif səbəblərə görə bu prosesdə iştirak etmək və töhfə vermək üçün imkanları məhduddur.
Diplomat qeyd edib ki, NATO siyasi səviyyədə - öz zirvə toplantılarında dəfələrlə müxtəlif ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
“NATO ən yüksək səviyyədə dəfələrlə münaqişələrin ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında həllinə tərəfdar çıxıb. NATO-nun bu mövqeyi alyansın siyasi mövqeyidir”.
“NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bilavasitə iştirak etmir, amma bu prinsiplərə dəstək verməsi çox önəmli faktordur.