Amerikanın Kaliforniya ştatının Orland şəhəri yaxınlığında məktəb avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 9 nəfər həlak olub. Bu barədə cümə günü Amerikanın “Fox News” telekanalı məlumat yayıb.
Müxtəlif məlumatlara görə, 35 nəfərdən 50 nəfərə qədər şəxsin yaralandığı bildirilir.
İlkin məlumata əsasən, FedEx kuryer xidmətinə məxsus yük maşınının sürücüsü minik maşını ilə toqquşmanın qarşısını almaq istəyərkən idarəetməni itirib və məktəb avtobusuna çırpılıb.
Polis hadisəni araşdırmağa başlayıb.