Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərdəkan Dendrarisinin Elmi Şurasının iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
İclasda çıxış edən bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Bakı Dövlət Universitetinin biologiya fakültəsi ilə Mərdəkan Dendrarisi arasında birgə fəaliyyət göstərəcək elm və tədris mərkəzinin yaradılması haqqında anlaşma memorandumu və Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə “Bakı şəhər park və bağlarının yaşıllaşdırılması” üzrə 2014-2015-ci illərdə birgə işin aparılması məqsədi ilə müqavilənin bağlanılması məsələsi xüsusi əhəmiyyətə malikdir.
Sonra yaz-yay mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər və gündəlikdəki digər məsələlər müzakirə olunub.