Tanınmış teleaparıcı İlham Mirzəyev dələduzluqda şübhəli bilinərək saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.
“İlham Mirzəyev vətəndaşların çoxsaylı şikayətləri əsasında hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb”, - deyə E.Zahidov qeyd edib.
Saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
“Hazırda bu cinayət işi üzrə istintq tədbirləri həyata keçirilir”, - deyə E.Zahidov bildirib.