Ötən həftə Azərbaycanın hüquq mühafizə orqanları narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 56 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotiklərdən istifadə etməkdə şübhəli bilinən şəxslərdən 34,5 qram marixuana, 23,61 qram həşiş, 18,29 qram tiryək və 12,078 qram heroin müsadirə olunub. Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən isə 5,121 kq marixuana, 3,645 kq tiryək və 3 kq həşiş götürülüb. O cümlədən 60 ədəd çətənə kolu məhv edilib.