Gəncədə istismar müddətini başa vuran liftlər yeniləri ilə əvəz olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Gəncədə 84 lift istismar müddətini başa vurub. Onların 70-i yenilənib, qalan liftlər də yeniləri ilə əvəz olunacaq”, – deyə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Ədalət Məmmədov bildirib.
Yeni quraşdırılan liftlər Türkiyə-Almaniya birgə istehsalı olan “Hass” firmasınındır.
“Enerji kəsilərsə, liftdə və foto elementlər nəticəsində qapıların arasında qalma ehtimalı yoxdur”, - deyə rəis müavini bildirib.
Gəncədəki hündürmərtəbəli binalarda 194 lift var və yeni quraşdırılan liftlərə 25 il zəmanət verilir.