Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yayda İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bazar ertəsi mətbuat konfransında məlumat verib.
“Cənab Abbasov iki aydan sonra İrana səfər edəcək”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, tərəflər rabitə və informasiya texnologiyaları sahəsində müəyyən əməkdaşlığa malikdir.
“Azərbaycanlı nazirin səfəri zamanı iki ölkə arasında bu sahədə əməkdaşlığın daha geniş spektri müzakirə olunacaq”, - deyə səfir qeyd edib.