“LUKOIL-Azerbaijan” QSC Yeni Suraxanı qəsəbəsində yerləşən 38 saylı yanacaqdoldurma məntəqəsinə və YDM-də neft məhsullarının satışı üzrə müdirin seçilməsinə dair tender elan edib. Bu barədə şirkətin elanında bildirilir.
Tender proseduru mayın 12-də keçiriləcək.
Hazırda respublikada “LUKOIL-Azerbaijan” QSC-nin 29 YDM-dən ibarət şəbəkəsi fəaliyyət göstərir. Şirkət françayzinq şərtləri əsasında daha 17 YDM-in istifadəsini həyata keçirir.