Bu həftə Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Batt Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Tahir Rafiq Battın səfəri aprelin 16-dan 19-na qədər davam edəcək.
Səfər çərçivəsində onun rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.