Çexiya Senatının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Miroslav Kreyça Azərbaycanda rəsmi səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Çexiyadakı səfirliyindən məlumat verilib.
M.Kreyçanın rəhbərlik etdiyi nümayəndə heyəti 15-17 aprel tarixlərində Bakıda olacaq. Səfər çərçivəsində nümayəndə heyəti müxtəlif nazirliklərdə və parlamentdə görüşlər keçirəcək.
Bundan başqa, Azərbaycan-Çexiya parlamentlərarası dostluq qrupunun iclasının keçirilməsi gözlənilir.