2014-cü ilin I rübündə “Bakı” İstilik Elektrik Stansiyasında (İES) 131,4 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə "Azərenerji" ASC-dən məlumat verilib.
Cari ilin mart ayında stansiyada 45,7 mln. kilovatsaat elektrik enerjisi istehsal olunub. 2013-cü ildə “Bakı” İES 539,8 mln. kilovatsaat elektrik enerjisi istehsal edib.
“Bakı” İES-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz turbin qurğusu fəaliyyət göstərir. Stansiya 2007-ci ilin fevral ayında istifadəyə verilib.